Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında mayın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək ”Univision” mahnı müsabiqəsinin devizi artıq bəlli olub.
“Vətəninfo.az” xəbər verir ki, müsabiqənin yarımfinalı mayın 15-də olacaq. Və müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol” adlandırılıb.
Qeyd edək ki, devizin müəyyən olunması üçün aprel ayının 26-dan başlayan müsabiqəyə 10 gün ərzində ali təhsil ocaqlarının tələbələrindən 100-dən çox təklif daxil olub. Tələbələr devizin seçimində daha çox tələbəlik və birincilik sözlərindən istifadə ediblər. Devizin seçimi ilə bağlı keçirilən müsabiqə zamanı ən çox fəallıq göstərən unversitetlər Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti və İqtisad Universitetləri olub.
Xatırladaq ki, “Univision” mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR