"Veteninfo.az"ın verdiyi xəbərə görə, bu günlərdə Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində dünya şöhrətli alim, görkəmli şair və ədəbiyyatşünas, Edinburq Universitetinin professoru Qulamrza Səbri-Təbrizinin "YARANIŞ" şeirlər kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın Şərqşünaslıq İnstitutu Güney Azərbaycan tarixi şöbəsinin müdiri, elmlər doktoru Əkrəm Rəhimli mərasimə toplanan iştirakçıları professor Qulamrza Səbri Təbrizinin “Yaranış ” kitabı ilə tanış etdi. Giriş nitqindən sonra, professor Qulamrza Səbri Təbrizinin həyat və yaradıcılığı haqqında “Yurd TV” kanalı tərəfindən çəkilmiş sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Güney Azərbaycan şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru Sabir Nəbioğlu, “Güneyin Səsi” dərgisinin baş redaktoru Ənvər Yusifoğlu, DAK Ağsaqqallar Şurasının üzvü, AMEA-nın elmi əməkdaşı Babək Abışov, DAK Ağsaqallar Şurasının üzvü, AMEA-nın Botanika İnstitunun professoru Məmməd Nəcəfzadə, AZ TV kanalının “Turan” proqramının aparıcısı, əməkdar jurnalist Zərnişan Azayeva və digərləri müəllifin həyat yolu və yaradıcılığı haqqında, Güney Azərbaycanda çağdaş ədəbi proseslər barəsində maraqlı təhlillərlə çıxış etdilər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR