"Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq"
Vətəninfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində qalib gəldikləri "Dnepr"lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi Bakıdakı qarşılaşmanın oyunun daha ağır keçəcəyini bildirib: "Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər".
Qeyd edək ki, səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gəlib. qarşılaçmanın 21-ci dəqiqəəsində Muarrem Muarrem hesabı açıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR