Türkiyəli müğənninin konserti təxirə salınıb
Tanınmış türkiyəli müğənni Rafet El Romanın sabah Azərbaycanda verəcəyi konsert təxirə düşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə lent.az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, müğənninin vizasında problem olduğuna görə, Bakıya gələ bilməyib: “Bildiyiniz kimi, Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi planlaşdırırdı. Viza məsələsində problem yaranıb. Buna görə də bu gün Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-nə saat 21:00-a qədər təxirə saldıq. İstəyirik ki, konsert şənbə gününə düşsün. İyunun 7-nə alınan bütün biletlər iyunun 28-i üçün keçərli olacaq”.
Xatırladaq ki, aparıcısı Zaur Nəbioğlunun olduğu gecədə türkiyəli müğənni ilə eyni səhnəni azərbaycanlı müğənni Günay İbrahimli də paylaşacaqdı.
Qeyd edək ki, konsertə biletlərin qiymətləri 70-200 manat idi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR