"Rahat olun, biz Günayla..."

Xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyan prodüser Tolik yeni təkliflər alıb.
Vətəninfo.az
xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında prodüser özü məlumat verib.
O, müğənni Günay İbrahimli ilə işləyəcəyi haqda yayılan xəbərlərə də aydınlıq gətirib:
"Ətrafda bizim birlikdə çalışmağımızı istəyənlər çoxdur. Eyni zamanda buna görə narahat olanlar da az deyil. Rahat olun, biz dostuq. Amma o narahat olanlara demək istəyirəm ki, onsuz Günay sizlə işləməyəcək. Mənim 36 yaşım var, heç kimə təklif etmərəm ki, birlikdə çalışaq. İstəyən özü müraciət edir. Günayın xətrini çox istəyirəm, aramızda heç vaxt belə söhbət olmayıb. Tanınmış çox ifaçıdan təklif almışam. Hələ ki yeni bir işbirliyi haqda düşünmürəm. Eltonun (müğənni Elton Hüseynəliyev – red.) işləri çoxdur. Elə ifaçı ilə çalışmalıyam ki, Eltonla uyğun gəlsin, toylara birlikdə qatıla bilsinlər”.
Qeyd edək ki, G.İbrahimli də bir neçə gün əvvəl prodüseri Tamilla Hüseynəliyeva (Toma) ilə yollarını ayırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az