İyulun 14-də Qaradağ rayonu, Lökbatan qəsəbə
məscidinin həyətində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi
açıldı.
Dindarların, şəhid ailələrinin,
kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi
məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı
haqqında məclis üzvlərinə müəyyən məlumatlar verdi, dualar oxundu və dindarlar
adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirdi. İftar
mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi
həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və
duaların qəbul olunması arzulandı.
Sonra Qaradağ Rayon İcra
Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi
Munis Bayramov çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti
başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə
təbrik edərək, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu etdi.
Ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və
qayğıdan geniş danışaraq məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və
yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini
tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğuladı.
Bundan başqa Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılmışdır.