Bakıda rəis müavini işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından Lent.az-ın Report-a istinadən verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəis müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi B.Əliyev vəzifəsindən çıxarılıb.
Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb. DİN-in mətbuat xidməti B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR