Bu təklif bu gün ölkəmizdə keçirilən 10-cu TEDxBakı tədbirində edilib
Avropa Hərəkatının prezidenti Ramin Hacılı yazar Aysel Əlizadəyə evlilik təklif edib. Vətəimfo.az xəbər verir ki, bu təklif bu gün ölkəmizdə keçirilən 10-cu TEDxBakı tədbirində edilib. Tədbirdə çıxış edən R.Hacılı insanın stresdən özünü qoruması və daim inkişafı üçün özünə şəxsi uğurunu istinad nöqtəsi seçməsinin vacibliyindən danışıb. Bu istiqamətdə öz araşdırmasını və həyat hekayəsini bölüşüb. Daha sonra tədbirdə iştirak edən yazar xanıma evlilik təklif edib.
“Mən onu efirdən sevmişdim. Bu uzun illər əvvəl idi. O mənim üçün əlçatmaz idi. Ən məşhur aparıcılardan biri Aysel Əlizadə və sadə bir məktəbli Ramin… Mən onu tapanda isə o artiq evli idi. Biz 2013`cü ilin 9 oktyabr-prezident seçkilərizamanı tanış olduq. Artıq o evli deyildi və gözəl bir qızı da vardı. İllərdi bəyəndiyim və vurğun olduğum Aysel Əlizadəyə evlilik təklifi edirəm”. Ramin Hacılının gözlənilməz təklifi tədbir iştirakçılarının alqışlarına səbəb olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR