İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili aprelin 11-də jurnalistlərə açıqlamasında İstanbulda keçiriləсək nüvə danışıqlarından danışıb. “Vətəninfo”nun məlumatına görə, İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə növbəti nüvə danışıqları aprelin 14-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. Səid Cəlili İranın Qərblə nüvə danışıqları aparan heyətinin rəhbəridir. Səid Cəlili deyib ki, o, danışıqların müsbət nəticə verəcəyinə ümid edir: “İran İslam Respublikası 5+1 qrupu ilə danışıqlarda yeni təkliflər irəli sürəcək. Biz danışıqların uğurlu alınacağına, qarşı tərəfin də bu niyyətlə müzakirələrə qatılaraq xalqımızın etimadını qazanmağa cəhd göstərəcəyinə ümid edirik. Biz həmişə demişik ki, İran xalqı ilə təhdid və təzyiq dilində danışmaq nəticə verməyəcək. Belə danışmağın bundan əvvəl də bir nəticəsi olmayıb. Təhdid və təzyiq dili yalnız xalqımızın əsas hüquqlarının müdafiəsi istiqamətində daha ciddi hərəkət etməsinə gətirib çıxaracaq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR