Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilən çuval nəhayət uzun müddətli etirazlardan sonra dünən çıxarıldı.
Məsələylə bağlı Gəncə şəhər İcra Hakimiyyəti və "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmiləri bundan öncə verdikləri açıqlamalarda məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışmışdılar. Onda maraqlıdır, büstün üzərindən örütüyü kim çıxarıb?
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına bildirib ki, məsələdən xəbərsizdirlər:
““Azərbaycan Dəmir Yolları"nın bu məsələyə heç bir aidiyyatı yoxdur. Çünki büst olan park Gəncə Şəhər İcra Hakimiyyətinin balansına verilib. O örtüyü bizim idarə örtməmişdi ki, indi də biz çıxaraq. Böyük ehtimalla bunu təmiri həyata keçirən tikinti şirkəti, ya da İcra Hakimiyyəti edib”.
Milli Məclisin mayın 29-da keçirilmiş iclasında deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması - Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olmuşdu. O, bu məsələyə görə Gəncə Şəhər İcra Hakimiyyətini qınamışdı.
Gəncədən olan deputat Musa Quliyev isə Sabir Rüstəmxanlıya ünvanı səhv saldığını irad tutmuş və onu “Azərbaycan Dəmir Yolları"ndan hesab sormağa çağırmışdı.
Göründüyü kimi, “Azərbaycan Dəmir Yolları” QSC bir daha məsələnin bu quruma aid olmadığını vurğulayır...
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?