Vətəninfo.az xəbər verir ki, tanınmış rokçu Ümmanın sonuncu hiti "Zərrə-zərrə"yə çəkdirdiyi klip artıq hazırdır. Pərəstişkarlarının istəyi ilə çəkilən sayca 4-cü klipin rejissoru Rəhman Əliyev, operatoru Deleedir. Klip Bakıda-açıq havada çəkilib. Müğənni klipdə 4 geyimdə görüntülənib. Ekranlaşıdırılan mahnının mövzusu xəyanətdən bəhs edir. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aiddir. Qeyd edək ki, klipin anonsu öncədən paytaxtda yerləşən bir neçə böyük manitorda yayımlanırdı.
"Zərrə-zərrə" rokçu xanımın bəstəkar Valehlə 3-cü, şairə Sahibə xanımla isə 2-ci işbirliyidir. Ümman hazırda daha 3 mahnı üzərində çalışır. "Ovutma məni", "Apar məni" və "Divanə" adlanan mahnıların da musiqisi Valeh Əhmədə aiddir və bu ilin sonunadək dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa, Ümman xalq artisti Samir Cəfərovla duet ifa edəcək. Əməkdar artist Ədalət Şükürova aid bəstə duet şəklində sentyabr ayında dinləyicilərə təqdim olunacaq.
Həyata keçiriləcək layihələrin rəhbəri jurnalist-bəstəkar Azər Nəsibovdur. Nəzərinizə çatdıraq ki, Ümman eləcə də Azər Nəsibovun müəllifi olduğu yeni mahnını ifa edəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR