Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu bəyan edib. APA-nın xəbərinə görə, A. Siluanov CNBC telekanalına müsahibəsində neftin qiymətlərinin və sanksiyaların birgə təsiri nəticəsində Rusiya iqtisadiyyatının 200 milyard dollara yaxın, hətta daha çox itkiyə məruz qaldığını bildirib. Nazir deyib ki, ən neqativ təsiri neftin qiymətinin azalması göstərib və bu faktor tənəzzülün əsas hərəkətverici qüvvəsi olub, sanksiyalar nəticəsində yaranan maliyyə defisiti isə 40-50 milyard dollar təşkil edib: “Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər, ölkəni tədiyyə balansına isə korrektələr edilib. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davam edir və biz də yaşamağa davam edirik”. Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR