Sabah Bakıda 22 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək
Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə
Miq.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.
Bundan əlavə 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.
Miq.az