Sabah bu kəndlərdə qaz olmayacaq

Sabah bu kəndlərdə qaz olmayacaq
Sentyabrın 2-də saat 10:00-dan 18:00-dək Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ağdaş” və ''Ucar'', Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi”, ''Quzanlı'' və ''Qaradəmirçi'', Astara magistral qaz kəmərləri sahəsinin "Əngəvul”, ''Yardımlı'' və ''Göytəpə'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Məlumata görə, aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az