Tanınmış yazıçı-publisist Yunuz Oğuzun “Şah arvadı və cadugər” (“Жена шаха и колдун”) romanı rus dilinə tərcümə edilib. Cadugərlik, sevgi və sərgüzəştləri özündə cəmləşdirən tarixi romanda hadisələr əsasən 16-cı əsrdə Səfəvilər imperiyasında cərəyan edir. Belə ki, şah Məhəmməd Mirzənin həyat yoldaşı Xeyranisa hakimiyyətə yiyələnmək məqsədilə heç nədən çəkinmədən hər cür fitnə-fəsada əl atır. O, məqsədinə nail olmaq üçün intriqalar, qətlllər və qarşılıqlı sövdələşmələrdən belə çəkinmir. Onun əsas silahı isə böyük gücləri asanlıqla ram etmək iqtidarında olan cadugərdir. 20 il ərzində şah arvadının istənilən arzusunu yerinə yetirən cadugər onun ərini şah taxtına qaldırsa da faktiki olaraq hakimiyyəti Xeyranisa idarə edir. Bunun qarşılığında şah arvadı cadugərlə eşq həyatı yaşayır. Ümumilikdə oxucunu özünə cəlb edən roman sona qədər bu xətti qoruyub saxlaya bilir.
Qeyd edək ki, kitabı rus dilinə Əli Seyidov tərcümə edib. Redaktoru isə Oksana Bulanovadır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR