Vətəninfo.az xəbər verir ki, Azərbaycan əsilli dünya şöhrətli müğənni Sami Yusuf yeni albomu ilə pərəstişkarlarını sevindirib. ANS PRESS-in məlumatına görə, “The Centre” adlı yeni albomda Azərbaycan xalq mahnısı “Sarı gəlin”in ingiliscə versiyası da yer alıb. Müğənni ingilis və Azərbaycan dillərində ifa edilən mahnıya çəkdirdiyi yeni kilipini də təqdim edib. Klip sosial şəbəkədə ötən gün yayılıb.
Qeyd edək ki, Sami Yusuf bu vaxta qədər “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” Azərbaycan mahnılarını konsertlərində səsləndirib. “Time” jurnalı tərəfindən “İslamın ən böyük rok ulduzu” və “Dünyanın ən məşhur ingilis müsəlmanı” kimi xarakterizə edilən müğənni, hətta sayca dördüncü albomu olan “Salaam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib. Məşhur müğənni 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. 3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR