Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyəli tanınmış müğənni Sibel Can Azərbaycana gələcək. Məlumata görə, məşhur türkiyəli sənətçi Sibel Can bu gün Azərbaycana gələcək. O, mayın 30-da Şamaxıdakı yeni hotellərdən birinin açılış mərasimində iştirak edəcək. Müğənni bu haqda sosial şəbəkədə paylaşdığı şəkil və qeyddə bildirib. Ən maraqlısı isə odur ki, o bu qeydi Azərbaycan dilində yazıb.
"Bütün musiqi sevərləri gözləyirəm", - deyə 44 yaşlı müğənni paylaşdığı şəkildə qeyd edib. Açılış mərasimində Sibel Canla yanaşı, türkiyəli ifaçı Dilek Şimşek və Azərbaycanın məşhur müğənnisi Röya Ayxan da iştirak edəcək. Xatırladaq ki, 3 uşaq anası olan məşhur sənətçi 14 yaşında rəqqasə kimi fəaliyyətə başlamış, 3 il kazinolarda rəqqasəlik etdikdən sonra 18 yaşında müğənni kimi solo çıxışlar etməyə başlayıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR