Vətəninfo.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Qalatasaray” klubuna sponsorluq edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibər bildirib. ARDNŞ-nin mətbuat katibi Nizaməddin Quliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə bildirib ki, ARDNŞ-nin “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.
“Başa düşə bilmirəm ki, bu xəbərlər haradan qaynaqlanır. Şirkətimizin gündəmində belə bir şey yoxdur”, deyə Nizaməddin Quliyev bildirib.
Qeyd edək ki, son günlər Türkiyə mətbuatında ARDNŞ-nin “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Hətta üzərində ARDNŞ-nin adı yazılmış formaların da şəkilləri mediada yer almışdı.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR