Bakının "Sovetski” adlanan ərazisində (Nərimanov prospekti və ona bitişik küçələr) yaşayan və köçürülməsi planlaşdırılan bəzi sakinlərə ev veriləcək.
Vətəninfo.az xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yaşadığı mənzilin sahəsi 25 kvadrat metrdən az olan sakinlərin ərazidən köçürülməsi üçün onlara kompensasiya deyil, ev veriləcək.
İcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb.
Xatırladaq ki, adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır. Orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadrat metri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği isə təxminən 750-800 manatdır.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri