15 yaşadək futbolçular arasında təşkil olunan “I Qəbələ Kuboku”nun oyunları başa çatıb. ANN.Az xəbər verir ki, bazar günü turnirin final mərhələsinin oyunları keçirilib.
“Qarabağ” 7-ci yer uğrunda Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzaraq 8-ci olub.
“Qəbələ” isə 5-ci yer uğrunda oyunda İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Meydan sahibləri 1:4 hesabı ilə yenilərək 6-cı yeri tutub.
Üçüncü yer uğrunda oyunda “Bröndbü” və “Levante” qarşılaşıb. İspaniya klubu 2:0 hesablı qələbə qazanaraq üçüınücü yeri tutub.
Final matçında isə “Qalatasaray”la Serbiyanın U-15 yığması qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə “Qalatasaray” qələbə qazanaraq kuboka sahib çıxıb – 4:2.
“Cim-Bom”un U-15 komandası Qəbələ şəhər stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyinə özünəməxsus şəkidə qarşılıq verib. Belə ki, “Qalatasaray”lı futbolçular mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıb.
Təltifetmə mərasimində əvvəlcə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ardından komandalar medallar və xatirə hədiyyələri alıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər.
“Qalatasaray”a kuboku isə “Qəbələ”nin prezidenti Tale Heydərov təqdim edib.
musavat.com
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR