ABŞ-ın Luiziana ştatında yaşayan Miranda Mayli türk meqastar Tarkanın internetdən yüklədiyi fotosunu polislərə verərək "bu adam mənə təcavüz etdi" deyib.
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, 36 yaşlı qadının şikayətindən sonra polisin apardığı, çox qısa sürən istintaq nəticəsində Maylinin yalan danışdığı bəlli olub və o, tutulub.
Maylinin şikayət ərizəsində Tarkan "Ranfalo" adlı şəxs kimi qələmə verilmişdi.
"Ranfalo gözəlliyimə heyran olmuşdu və mənimlə tanış olmaq istəyirdi. Telefon nömrəmi, ev ünvanımı haradansa əldə etdi. Sonra iki həftə məni qarabaqara izlədi. Tanış olduq, dostlaşdıq. Sonucda dedi ki, məni dəlicəsinə sevir və qaçırmaq istəyir", - Miranda Mayli bildirmişdi.
Polis Maylinin qorunmasına qərar verib, Ranfalonu aramağa başlayıb.
Günlərin birində Mayli 911 xidmətinə zəng vuraraq deyib: "Yardım edin! Ranfalo zorla evimə girdi, məni döydü, sonra qaçdı!"
Polis Ranfalo adlı şəxsin olmadığını müəyyənləşdirib.
Şerif Rendi Sil deyib: "Xanım Maylinin psixoloji problemləri var. O, bizi aldatdı, dövlət mənbələrindən sui-istifadə etdi".
Miranda Maylini 5 ilə qədər həbs gözləyir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR