Vətəninfo.az xəbər verir ki, ikinci dəfə "Rolan Qaros" turnirinin qalibi olan rusiyalı tennis ustası Mariya Şarapova kubokun təqdietmə mərasimində fotosessiya edib. ANS PRESS-in məlumatına görə, Şarapova fotosessiyanı kubokla birlikdə Eyfel qülləsinin qarşısında edib.
Xatırladaq ki, rus tennisçi Mariya Şarapova rumıniyalı Simona Halep üzərində qələbə çalaraq 6:4, 6:7 (5:7), 6:4, ikinci dəfə "Rolan Qaros" turnirinin qalibi olub. Rəqiblərin kort üzərində mübarizəsi 3 saatdan çox davam edib. Qeyd edək, bu Simona Halepin "Rolan Qaros" turnirinin final mərhələsində ilk çıxışı olub. Mariya Şarapova "Rolan Qaros" turnirində ilk qalibiyyətini 2012-ci ildə qazanıb, ötən il isə amerikalı Serena Uilyamsa məğlub olub. Qeyd edək ki, bu rusiyalı tennisçinin "Böyük Dəbilqə" turnirlərində sayca 5-ci qələbəsidir.
Vətəninfo.az










Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR