"Tolqa ruhi xəstədir..."
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu Cahangircanla Bodruma istirahətə yollanıb.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, model övladı ilə şəkillərini sosial şəbəkədə paylaşıb.
G.Musayeva
keçmiş həyat yoldaşı, aktyor Tolqa Karellə bağlı Türkiyə mətbuatına
açıqlama da verib. O, Tolqanın ruhi xəstə olduğunu bildirib:
"Oğluma nə maddi, nə də mənəvi dəstək olmur. Tolqa ruhi xəstədir. Onun müalicəyə ehtiyacı var”.
Qeyd
edək ki, T.Karel və G.Musayeva bir neçə həftə əvvəl rəsmi boşanıblar.
Tolqa keçmiş həyat yoldaşı ilə bağlı polisə şikayət edib. O, Günayı
evində Türkiyədə qalma icazəsi olmayan əcnəbini işlətməkdə
günahlandırıb.