İyunun 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Toska” operasının tamaşası keçiriləcəkdir. Tamaşada Toska partiyasını ifa etmək üçün ilk dəfə olaraq Türkiyənin çox məşhur və populyar vokalçısı Dəniz dəvət olunmuşdur. Dəniz İstanbul Opera və Balet Teatrının aparıcı solisti, bir çox beynəlxalq vokal müsabiqələrinin qalibidir. Bakılı musiqisevərlər onu ötən il şəhərimizdə keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsindəki parlaq çıxışı ilə xatırlayırlar. O zaman Dəniz müsabiqənin “Qran-Pri” mükafatına layiq görülmüşdü.
Türk mətbuatı gənc vokalçının tamaşalarda çıxışlarını hər zaman heyranlıqla izləyir və onu “türk operasının qızıl səsi”, “parlaq aktrisa, opera divası və ulduzu” adlandırırlar. Opera tənqidçiləri onun fenomenal vokal göstəricilərinə, gözəl səs tembri, cəlbedici və effektli xarici görünüşə malik olduğunu qeyd edirlər.
Tamaşada həmçinin Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili (Kavaradossi), Azərbaycanın Xalq Artisti Əvəz Abdullayev (Skarpia) də çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayev idarə edəcəkdir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR