Toy mərasimlərində israfçılığa qarşı tədbirlər planı hazırlanır.
Vətəninfo.az xəbər verir ki, Axar.az-a özəl qaynaqdan verilən məlumata görə, plan çərçivəsində olduqca mühüm bir detal yer alıb. Nəzərdə tutulub ki, müğənnilərin toy qiymətləri də nizamlansın. Toy məclislərinə fantastik qiymətə gedən müğənnilərin tarifi aşağı salınacaq.
Belə ki, gecəsi 5-7-10 min manat civarında toylara gedən müğənnilərə “toy tutulacaq”. Eyni zamanda 1 saatlıq məclisə 3 min manata gedən sənətçilərə də xəbərdarlıq olunacaq. Hökumət toy mərasimlərinə kompleks şəkildə “əl gəzdirməyi” nəzərdə tutub.
Hazırda müəyyən müzakirələr gedir və yaxın gələcəkdə vətəndaşların ürəyincə olacaq qərar veriləcəyi gözlənilir. Bu da qanunla tənzimlənməsə də, tövsiyə xarakteri daşıyacaq. Həmçinin, yas mərasimlərində ehsan süfrəsinə olduğu kimi müğənnilərə də inzibati qaydada tədbirlər həyata keçiriləcək. Bunun yolu və forması üzərində iş gedir. Həqiqətən də toy müğənniləri məclislərə fantastik məbləğdə gedirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR