İyunun 10-da Türkiyənin “TRT Avaz” telekanalının Bakı təmsilçiliyi tərəfindən hazırlanmış “Azərbaycan ulduzları” musiqi proqramının təqdimatı keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunmuş mərasimdə Milli Məclisin deputatları, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, “TRT Avaz” telekanalının Bakı təmsilçisi Yüksəl Dəyərcan və “Azərbaycan ulduzları” musiqi proqramının aparıcısı Arzu Əsgərova verilişin məqsədlərindən danışıblar. Onlar bildiriblər ki, bu proqram vasitəsilə türkiyəli tamaşaçılar Azərbaycanın mədəni həyatında baş verən yeniliklərdən xəbər tutacaq və qardaş ölkənin musiqisi ilə daha yaxından tanış olacaqlar.
Qeyd edək ki, 30 dəqiqəlik veriliş hər həftənin bazar günü saat 18:30-da efirə gedəcək.
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR