“Mənim ağlım yerindədir”
Aktrisa, teleaparıcı Tunay Əliyeva bəzi xəbər portallarında onun haqqında uydurma xəbər və müsahibələrin yayımlanmasından narahat olduğunu deyib.
Aktual.az-a açıqlama verən aktrisa bu barədə sərt danışıb: “Bəzi jurnalistlər peşəkarlıqdan kənar bir hərəkət edirlər. Təəssüflər olsun ki, media orqanlarında qeyri- peşəkarlıq davam etməkdədir. Belə jurnalistlər Azərbaycan mətbuatını nüfuzdan salır. İndiyə kimi bu məsələ ilə bağlı danışmamışam. Ancaq son müsahibəmdə təhriflərə yol verilməsi, xəbərin iyrənc başlıqla yayımlanması məni narahat edir.
Mən aktrisayam, hər hansı bir obrazı filmdə canlandırmağımda qəbahət bir şey görmürəm. Məni jurnalistlərin uydurma xəbərləri narahat edir. Guya, son müsahibəmdə fahişə rolunda çəkilmək üçün rejissorlara səslənmişəm. Mən belə bir ifadə işlətməmişəm. Mənim ağlım hələ yerindədir, nə danışdığımı çox gözəl bilirəm. Bu gündən etibarən, mən demədiyim sözləri yazan, səviyyəsiz başlıq çıxaran, sözlərimi təhrif edən jurnalistləri və media orqanlarını məhkəməyə verəcəyəm”.
Aktual.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR