Ukraynanın Xarkov şəhərində yaşayan həmyerlimiz Eldar Ələsgərov Vətəninfo.az-ın redaksiyasına müraciət edərək Ukraynadakı Azərbaycan diasporasının fəaliyyətsizliyindən şikayətlənib.
Oxucu bildirib ki, hansısa məmurun yol verdiyi qüsurları bu dövlət üçün çalışanların əməyinə xəyanət hesab edir: “Ümummilli liderin səyləri nəticəsində dünyanın bütün ölkələrində Azərbaycan diasporu yarandı və hazırda da çox uğurlu şəkildə fəaliyyət göstərir. Amma bəzən diaspora xidmətini həyata keçirən insanlar arasında yanlışlıqlara yol verənlər olur. 20 ilə yaxındır ki, məskunlaşdığım Ukraynanın Xarkov şəhərində diaspora xidmətimizin işinə laqeyd münasibəti həmvətənlərimiz üçün bir sıra çətinliklər yaradır.
Ukrayna Azərbaycanlıları Konqresi ətrafına yığdığı 5-10 qohum ailəyə diaspor adını verib. İmkanlı adamlarımız gələn qonaqlarını erməni restoranlarında-separatçı bayrağı altında müsafir edirlər. Erməni millət vəkilləri, prokurorluq orqanlarında, səhiyyədə çalışanları qarşımıza maneələr çıxarır. Lakin diasporanın önə çıxardığı qabiliyyətsiz insanlarhəmvətənlərimizin müdafiəsində acizdir. Ermənilər “Ağdam” restoranında həmyerlilərimizi döyür, amma diasporalarının fəaliyyəti sayəsində cəzasız qalırlar.
UAK Azərbaycan, Dağlıq Qarabağla bağlı təbliğata da ciddi yanaşmır. Saytında xəbərləri 2010-2011-ci ildən təzələnmir. Dövlətin mövqeyi yüksək vəzifəli ermənilərlə dostluqdan irəli gələn şəxsi mənfəətə qurban verilir”.
Vətəninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?