Azərbaycan futbolunda “Şikə” olayı böyüyür. Azərbaycan premyer-liqasının bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə UEFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) məktub ünvanlayıb. Sözügedən məktubda qitənin ali futbol qurumu şübhələndiyi oyunların adını qeyd edib və AFFA-dan həmin oyunların araşırılması tələb olunub. Məsələ ilə bağlı “Vətəninfo.az”a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, hazırda araşırmalar davam edir. Nəticələr UEFA-ya gönəriləcək.
Araşırmalar zamanı danışılmış oyun faktları məlum olubmu sualına M.Nərimanoğlu belə cavab verib: “Bu barədə heçnə deyə bilmərəm. Bütün hallarda biz araşırmaların nəticəsini ictimayətə açıqlaya bilmərik. Bu AFFA ilə UEFA arasında gizli yazışmalardı. Nəticələri yalnız UEFA-ya bildirəcəyik. UEFA qərar qəbul edəcək”.
UEFA-ya yaxın mənbədən əldə etdiyimiz məlumata əsasən, artıq AFFA araşdırmaların ilkin nəticələrini UEFA-ya bildirib. Nəticələrə görə, premyer-liqada xeyli sayda danışılmış oyun müəyyən edilib. Yaxın günlərdə UEFA-nın məsələ ilə bağlı müzakirələr aparacağı və Azərbaycana qarşı futbol sanksiyaları tətbiq edəcəyi deyilir.
Həmçinin, danışılmış oyunlarla bağlı hüquq mühafizə orqanlarının da geniş araşırmalara başlayacağı və kütləvi həbslərin olacağıda qeyd olunur.
Oral Mədənçi
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR