“Rusiya və ABŞ kütləvi qırğın silahlarının yayılmaması və terrorizmlə mübarizə məsələsində müttəfiq olaraq qalır”. Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində prezident Vladimir Putin deyib.
Rusiya lideri bildirib ki, ölkəsi ABŞ-la bir sıra sahədə birgə əməkdaşlıq etməyə davam edir.
Kreml başçısı bu ilin fevral ayında Ukrayna böhranının sülh yolu ilə həll edilməsi ilə bağlı “Normand dördlüyü” formatında (Fransa, Almaniya, Rusiya, Ukrayna) əldə edilmiş Minsk razılaşmasından da söz açıb.
Onun sözlərinə görə Ukrayna münaqişəsinin nizamlanması məsələsində Minskdə imzalanmış sənədə alternativ variant yoxdur.
“Rusiya da maraqlıdır ki, Minsk razılaşmasının bütün bəndlərini sözsüz icra etsin. Həll üçün bundan başqa yol mövcud deyil”,-deyə o qeyd edib.
Vladimir Putin vurğulayıb ki, Rusiya qondarma Donetsk və Luqansk respublikalarının rəhbərliyinə təsir göstərmək üçün ondan asılı olan hər şeyi edir.
“Amma hər şey bizdən asılı deyil. Bizim partnyorlarımız ABŞ və Avropa da Kiyev hakimiyyətinə təsir etməlidir. Bizdə Kiyev hakimiyyətini hər şeyi yerinə yetirməyə vadar edən təsir mexanizmləri yoxdur. ABŞ və Avropada isə bu imkan var”.
Prezident Ukraynanın Avropanın enerji bazarına girəcəyi təqdirdə, Rusiyanın üzləşəcəyi maliyyə çətinlikləri barədə də danışıb:
“Ukrayna Avropanın energetika sisteminə girəcəksə, bu Rusiyanı öz energetika sistemini yenidən qurmasına 8-10 milyard avro xərcləməyə məcbur edəcək”.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir