“Vətəninfo.az”ın verdiyi xəbərə görə, Aprelin 24-də Jumeirah Bilgah Beach Hotel mehmanxanasında UĞUR mükafatının illik təltifat mərasimi keçiriləcək.
Bu il həmin mükafatın laureatları, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən 30 şirkət və brend olacaq. Mükafatın müxtəlif nominasiyalarında, milli biznesin yeni simasını formalaşdıran şirkətlər qeyd olunacaq.
Qeyd edək ki, «UGUR» milli mükafatı 2000-ci ildə Consulting & Business jurnalı tərəfindən təsis olunub. UGUR – Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis olunan və milli iqtisadiyyatın möhkəmləndirilməsində və inkişafında, yeni iş yerlərinin yaradılmasında və bununla da hər bir ailənin rifah halının yaxşılaşdırılmasında iştirakına görə biznesmenlərə, dövlət və ictimai xadimlərə verilən ilk mükafatdır.
Bu mükafat, Azərbaycanda biznesin möhkəmləndirilməsinə və inkişafına, iqtisadiyyata investisiyaların yatırılmasına, laureat şirkətlərin nüfuzunun və rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək etmək məqsədi daşıyır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR