Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan beşinci “Muğam televiziya müsabiqəsi” mayın 29-da başa çatacaq.
Hazırda Azərbaycan Televiziyası və Radiosunda, habelə “Mədəniyyət” kanalında canlı yayımlanan müsabiqənin 11-ci həftəsi artıq sona çatmaqdadır. On bir ifaçı – Səriyyə Pirimova, Miryusuf Mirizadə, Sədəf Budaqova, Türkay Məlikova, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Şahmar Hacıyev, Səməd Səmədov, Maşallah Mirzəliyev, Fərid Əmiraslanov, Misir Məmmədov finala çıxmaq uğrunda mübarizə aparırlar. Bu gün daha iki iştirakçının müsabiqəni tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, hər həftənin bazar ertəsi və cümə günləri canlı yayımlanan müsabiqə bu il fevralın 16-dan başlayıb. Münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR