Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, iyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilərlər. Yarış günü iştirakçılar saat 10:00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11:00-da start veriləcək. "Tour d'Azerbaidjan-2014" veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaq.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR