Xalq artisti Səməd Səmədov Xocalı soyqrımı gününü unudub. Mövqe.az-ın əməkdaşı müğənniləri yoxlamaq üçün onlarla əlaqə saxlayıb. Səməd Səmədovla jurnalistin dialoqunu olduğu kimi sizə təqdim edirik:
-Salam, Səməd müəllim, necəsiz?
-Salam, çox yaxşı.
-Səməd müəllim, bu gün iş yoldaşımızın ad günü tədbiri var. Sizi dəvət edirik. Gələ bilərsinizmi ?
-Bəli, gələrəm. Tədbir haradadır?
-"Niaqara" restoranında.
-Alınar, gələrəm bu gün.
-Səməd müəllim, neçəyə gələrsiniz?
-Nə qədərə gücünüz çatar?
- Təxmini 1 saata 500 manat verə bilərik.
- Yox, mən ancaq yarım saata 500-ə gələrəm.
- Səməd müəllim, onsuz da bu gün Xocalıdır. Yəqin tədbiriniz olmaz. Nə olar ki, ucuz gəlsəniz...
- Aaaa. Bu gün Xocalıdır. Hər yer bağlıdır. Siz utanmırsınız məni yoxlayırsınız? Ağsaqqal kişiyəm. Mən elə bildim sabahı deyirsiniz. Ona görə razılaşdım. Ayıb olsun sizə. Mən gəlmirəm.
Bu dialoqdan sonra S. Səmədov dediyini danmağa çalışsa da, öncə dedikləri xalq artistinin xalqın faciə günündən bixəbər olduğunun sübutu idi. S. Səmədova isə bizi ayıb iş görməkdə qınamaqdansa, özünü xalqın sənətçisi kimi aparmağı, tariximizin qan yaddaşına qara hərflərlə həkk olunmuş günləri unutmamağı tövsiyyə edirik.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR