Müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı, türkiyəli Səlçuq Gökgöz onu məhkəməyə verməkdən imtina edib. Bunu Lent.az-a S.Gökgöz özü açıqlayıb. O, bildirib ki, S.Dadaşovanı məhkəməyə vermək fikrindən daşınıb. Belə ki, S.Dadaşovanın atası, xalq artisti Rafael Dadaşov ona zəng edərək xahiş edib ki, qızını məhkəməyə verməsin: “Səidə ilə evliliyimizin ilk vaxtlarında hər şey yolunda gedirdi. Amma biz 2011-ci ilin sentyabr ayında Bakıya köçəndən sonra Səidənin anası və prodüseri Arzu ailəmizi dağıtdı. Mən düzgün adamam, amma Səidənin gecə həyatına alışa bilməyib, ondan boşanmağı qərara aldım. Çünki Səidə evə gəlmirdi. Bir sözlə ailə həyatı ona görə deyildi, azadlığı sevirdi. Əlimdən gələn maddi-mənəvi köməyi göstərdim. Amma dəyərimi bilmədi. Onun ürəyi təmizdir, amma ətrafı pis. O gün eşitdim ki, telekanalların birində xalası, xalq artisti Brilliant Dadaşova onu biabır edib. Brilliant heç bir zaman mənim ailəmə müdaxilə etməyib. Amma söz-söhbət olan zaman Səidəni danlayırdı. Səidənin ailəsi də ondan bezib. Mən onun barəsində polisə şikayət etmişdim. Amma atası zəng etdi, xahiş elədi ki, qızını polisə verməyim. Mən də bu xahişi nəzərə alıb, onu polisə vermədim. Onu Allaha tapşırmışam”. S.Gökgöz deyib ki, Səidədən ayrıldıqdan sonra ailə də qurub: “Artıq 6 aydır ki, evliyəm. Sevib, seçdiyim xanım tam ürəyimcədir. O, Ukrayna vətəndaşıdır. İndi özümü çox xoşbəxt hiss edirəm. Ata olmağa hazırlaşıram”.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat