Xankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ

Xankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ
Bu gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyanın silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.

Qeyd edək ki, Karen Avanesyan bu gün qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Toyuqlu pizza

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

K.Avanesyan hazırda həkim nəzarətindədir.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az