Xədicə İsmayılın məhkəməsinin vaxtı dəyişdirildi

Xədicə İsmayılın məhkəməsinin vaxtı dəyişdirildi
"Azadlıq" radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi iyulun 22-dən 24-nə keçirilib. Bu barədə hazırda Ağır Cinayətlər üzrə Məhkəmədə keçirilən prosesdə iştirak edən əməkdaşımıza məlum olub.
Reportyorumuzun verdiyi xəbərə görə, X.İsmayıl üzərində məhkəmə əvvəl elan edilmiş vaxtından iki gün sonraya keçirilib. 
Xatırladaq ki, X.İsmayılın məhkəməsi 22 iyula - Milli Mətbuat Gününə təyin olunmuş və bu, bəzi media dairələrində xoş qarşılanmamışdı.
musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az