Rayonun Heydər Əliyev parkında keçirilən sərgi-yarmarkada minlərlə adda kitab təqdim olundu
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Hədəf Nəşrlərinin paytaxt qəsəbələrində birgə təşkil etdiyi “Səyyar kitab” sərgi-yarmarkasının növbəti - beşinci dayanacağı Xətai rayonu oldu.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilıən əlumata görə, tədbir aprelin 30-da Xətai rayonu Heydər Əliyev parkında baş tutdu. Sərgi gün ərzində saat 11.00-dan 18.00-a qədər davam etdi və yüzlərlə sakinin diqqətini çəkdi.
Mindən çox adda, Azərbaycan, ingilis, türk və rus dillərində kitabların təqdim olunduğu sərgi-yarmarkada kitabların güzəştli qiymətlərlə satışı ilə yanaşı, “bir kitab alana bir kitab hədiyyə” kampaniyası da həyata keçirildi və sakinlərə kitablar hədiyyə olundu.
Kitab sərgisinin məqsədi sakinlərin kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.
Sərgilərdə Bakı sakinləri həm Hədəf Nəşrlərinin, həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Sərgi-yarmarka çərçivəsində abituriyentlər və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da özlərinə faydalı olan test bankları və dərs vəsaitlərini ala biləcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR