Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, “Xəzər Lənkəran” gənc futbolçu Orxan Əliyevi “Sumqayıt”a icarəyə verəcək. Mustafa Dənizlinin gəlişindən sonra yerli futbolçu limitinə görə komandaya gətirilən gənc yarımmüdafiəçi özünü əsas heyətdə göstərə bilmədi. Cənub klubundan olduğu 6 ay ərzində cəmi bir dəfə meydana çıxan Əliyev özü də ehtiyatda oturmaqdan bezib. Ötən mövsüm ərzində əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu “Sumqayıt”a qayıtmaqda maraqlıdır.
“Xəzər Lənkəran”a yeni baş məşqçi təyin olunan Oğuz Çətin də Əliyevin icarəyə verilməsinin tərəfdarıdır. Türkiyəli məşqçi yarımmüdafiəçinin oyun praktikası baxımından əziyyət çəkdiyini bildirərək, onun icarə əsasında başqa bir klubda oynamasını istəyib. Elə Orxanın sabiq klubu da Mirzağa Hüseynpurun “İnter”ə keçidindən sonra onun yerini keçmiş futbolçusu ilə doldurmaq fikrindədir. Bunun üçün onlar artıq “ağ-yaşıllar”a müraciət də ediblər. Əliyevlə eyni vaxtda “Xəzər Lənkəran”a cəlb olunan gənc müdafiəçi Slavik Alxasov da komandanı tərk edəcək. Ötən mövsümün qış fasiləsi zamanı “Neftçi”dən alınan U-21 millimizin üzvü paytaxt klubuna dönəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR