“Oyun maraqlı və gərgin alındı. Əlbəttə ki, kubokun finalında qalib gəlmək xoşdu. Ancaq oyundan sonra yaşananlar belə bir mübarizəyə yaraşmadı”.
Bu sözləri Fanat.az-a açıqlamasında «Neftçi»nin idman direktoru Güloğlan Cabbarov deyib.
Cabbarov açıqlamasında insidentə Toşakın səbəb olduğunu bildirib: “Matç bitəndən sonra “Xəzər Lənkaran”ın baş məşqçisi Con Toşak qapıçımızı təxribata sürüklədi. Ardınca oğlu başda olmaqla, digərləri də futbolçularımıza təzyiq etdilər və insident böyüdü. Mən komandanın rəisiyəm və çaxnaşmaya müdaxilə etməyə bilməzdim. Məqsədimiz aranı sakitləşdirmək, böyüməkdə olan insidentin qarşısını almaq idi. Amma hansısa əcnəbinin və özüylə gətirdiklərinin bayram günündə eyni xalqın nümayəndələrinin arasına nifaq salması faktdı. Bu “böyük oyun” bayram ab-havası ilə yekunlaşmalıydı. Bura komandaya uğur qazandırmaq üçün gətirilən təcrübəli məşqçi hamının əhvalını korladı.
Sonda “ağ-qaralar”ın rəisi istefa ərizəsini yazdığını söyləyib: “Vallah, mən daha futbolda qalmaq istəmirəm. Götürün, kadrlara baxın. Hər şey lentə alınıb. İstefa ərizəmi oyundan dərhal sonra rəhbərliyə təqdim etmişəm. Uğurumuza kölgə salmaqdan zövq alanlarla psixoloji müharibə aparmaqdan yorulmuşam”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR