Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılmasında səmimiyyət nümayiş etdirməyib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyet" qəzeti ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə əlaqələrin normallaşdırılması haqqında Ermənistan-Türkiyə protokollarını geri çağırmasını qınayıb: "Bu, səhv və uğursuz addımdır".
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib. Bu barədə Ermənistan dövlət başçısının saytında deyilir.
S.Sarkisyan Türkiyə liderinə göndərdiyi məktubda qeyd edib ki, protokolların imzalanmasından təqribən 6 il keçsə də, onlar nəticə verməyib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkənin parlamentlərində ratifikasiya edilməyib.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılmışdır. Səbəb isə Yerevanın Türkiyədən qondarma "erməni soyqırımı"nı tanıması və Ermənistanın SQ Azərbaycan ərazisini işğal etməsi olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR