“Yanvarın 26-da bir qrup müxalifətçinin hərəkətini heç bir halda aksiya adlandırmaq olmaz. Bu, uşaq oyunundan başqa bir şey deyildi”.
APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S. Novruzov hesab edir ki, bu cür əməllərlə müxalifət düşərgəsi özünü yenə də biabır edir: “Orada cəmləşən azsaylı adamlar müxalifət partiyalarının rəhbərlərinin ailə üzvləri və yaxın qohumları olublar. Onlar bəzi qəzetlərdə yazırlar ki, guya möhtəşəm aksiya keçiriblər. Mən həmin hadisələri müşahidə elədim və orada heç bir möhtəşəmlik görmədim. Möhtəşəm aksiya bu olar ki, həmin tədbirdə minlərlə adam iştirak etsin. Amma şənbə günü biz cəmi 20-30 nəfər uşağın və uşaq xasiyyətində adamların küçələrdə ora-bura qaçdığını müşahidə etdik. Bunun da adını aksiya qoymaq istəyirlər. Əslində, bu adamlar da bir neçə radikal müxalifət partiyasının rəhbərlərinin ailə üzvləri, yaxın qohumları olublar. Yəni onlar bir ailə tədbiri keçiriblər”.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR