Vahid Aslan
... Al bayrağın kölgəsində,
Köləlikdə solan millət!
Əzəli – od ölkəsində,
Od-ocaqsız qalan millət!
Azadlıq ki, əldən getdi,
Sən yaşayan ömür bitdi,
Kim səni vətənsiz etdi,
Yarı qaçqın olan millət!
Ox atmağa kamanın yox,
Bu məlalı qananın yox,
Ağlamağa zamanın yox,
Içi dərdlə dolan millət!
Gör kimin dalınca getdin,
Hər nə etdin özün etdin,
Torpaqları düşkün, itkin,..
Var-dövləti talan millət!
Ağası zalım olanın,
Axı, bir gün coşar qanı!
Sonuncu nifrətin hanı?
Ümidi qırılan millət!
Birləşib də güc olmalı,
Köləliklə öc olmalı,
Özü də uca olmalı,
Bayrağı ucalan millət!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR