Qalib Şəfahətin qələmindən
İTƏ DÖN
Daha bir fərqiniz yox,
Elə it kimi hür sən.
Səni saya salmazlar
Səsin batsa,kirisən.
Yaşadın it günündə,
Baxışın it baxışı.
Qapırsan əldən it tək,
Fərqiniz, tək göz yaşın.
Kim olsa tut budundan,
Səndən uzaq qaçarlar.
Yoxsa fağır bilərlər,
Zəncirindən açarlar.
Gecələr ula evdə,
Bilsinlər it saxlarsan.
Gecələr it boynu tək,
Boynunu qucaqlarsan.
Öləndə kimsəsiz öl,
Desinlər bir it ölüb.
Dünən bu adam idi,
Bu gün lap itə dönüb.
YAŞIM TƏRİF GÖTÜRMÜR
Bu yaşı mən yaşadım,
Bu yaş mənim yaşımdı.
Bu yaşın üstə gəzən,
Hələ mənim başımdı.
Yaşıma tərif söylər,
Çoxu cavansan deyər.
Bu yaşı mən böyütdüm,
Bu yaş canımı yeyər.
Keçirdim od-alovdan,
Keçdim borandan-qardan.
Əynimə girərmi heç,
Görən olar haramdan?..
Yaşıma tərif deyən,
Yaşıma sataşan var.
Yaşın oxşamır deyib,
Yaşıma daş atan var.
Bu yaşı mən keçirəm,
Bu yaş məndən heç keçmir.
Yaşa bel bağlamıram,
Gözüm ondan su içmir.
Yaşıma tərif deyən,
Yaşım tərif götürmür.
Adamı yola salır,
Heç adamı ötürmür.
BAXMIR ÜRƏYİNƏ
Nə vaxtdır
O qiz yıxılıb,
Qalıb ürəkdə…
əlindən tutub,
qaldıran da yoxdu.
Bəlkə ayağı sınıb,
Başı partlayıb.
Ürək sahibinin də,
Mər həmət gəlsin ürəyinə.
Ürəyindən xəbəri yox.
Heç baxmır ürəyinə.
Bəlkə ölüb-qalan var,
Ağzinda dili yanan var
Bir damcı suya
Ehtiyacı olan var.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR