Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan çempionatı ilə bağlı düşüncələrini paylaşıb. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları dilə gətirib:
“Mənim üçün burada demək olar ki, süpriz qalmayıb. İstənilən çempionatda olduğu kimi, Azərbaycan Premyer Liqasında da 3-4 güclü klub var ki, çempionluq uğrunda mübarizə aparacaq. Şübhəsiz ki, “Qəbələ” də onlardan biri olacaq. “Qarabağ”ın Avropa Liqasında Almaniya “Eintracht”ı ilə oyunlarına diqqət yetirərsiz. Bu, Azərbaycan futbolu üçün çox yaxşı test olacaq. Fikrimcə, “Qarabağ” duruş gətirə biləcək. Çox yaxşı komandadır”.
Syomin həmçinin Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sumqayıt”la oyunundakı hakimliyə də toxunub: “Yüngül desək, hakimlik daha yaxşı ola bilərdi. Bu üzdən azarkeşlərimiz də etiraz aksiyası keçirməyə qərar verdilər. Bütövlükdə, biz mövsümə yaxşı başlamışıq. Son oyunumuz zamanı çox isti vardı. Meydançanın durumu da yaxşı deyildi. Bir sözlə, çətinliklər çox idi. Amma bütün bunlar bəraət hesab oluna bilməz. Biz həqiqətən yaxşı oynamadıq”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR