Noyabrın 13-də Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən yüz mininci sərnişin bəlli olub.
VİZUAL.az xəbər verir ki, bu haqda Modern.az saytına "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir:
"Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov Tacan Kərimlini yüz mininci sərnişin olması münasibətilə cəmiyyət rəhbərliyi adından təbrik edib ona biznes-klass vaqonunda 1 ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib.
Daha sonra Tacan Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək”.
Sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.
"Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat