"Mauqli" əvvəllər iki dəfə uduzduğu "Pis oğlan" ləqəbli Badr Harini nokauta saldı
Azərbaycanın K-1 idman növündəki təmsilçisi Zabit Səmədov parlaq qələbə qazanıb. Məlumata görə, "Mauqli" ləqəbli idmançımız "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hari üzərində inamlı qələbə qazanıb. Zabit Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib.
İlk raundda Badr Harini bir dəfə nokdauna salan Zabit Səmədov ikinci raundda təşəbbüsü bir qədər əldən verib. Nəticədə boyca ondan hündür olan Badr Hari ayaq zərbələri ilə üstünlüyü ələ almağa çalışıb. Ancaq "Mauqli" bir zərbə ilə Badr Harini yerə sərərək adlı-sanlı rəqibi üzərində nokautla qələbə qazanıb.
Qarşılaşmadan sonra "Pis oğlan" ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR