Zəvvarların olduğu avtobus qəzaya düşdü - 14 ölü var

 Zəvvarların olduğu avtobus qəzaya düşdü - 14 ölü var

Nepalda zəvvarların olduğu avtobusun 500 metr hündürlükdən uçuruma düşməsi 14 nəfərin həyatına son qoyub.

"Miq.Az" xəbər verir ki, qəzada 16 nəfər yaralanıb. Onlar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Avtobus sürücüsü və onun köməkçisi də ciddi zərbə alıb. Polis və yerli sakinlər xilasetmədə iştirak edir.

Hadisə zamanı avtobusda 32 nəfər olub. Ölü sayının artacağı bildirilir.

Nəqliyyat vasitəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az