Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirən Xıl kənd sakinləri - əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, digər şəxslər Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.
Hazırda onların tutulmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.
1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.
Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə gəlib və əvvəlki mübahisəni həll etməyə çalışıb.
Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb.
Bundan sonra o, hadisə yerindən qaçsa da uzağa gedə bilməyib.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri