21 yaşlı bu gəncə kömək edən olacaqmı?

21 yaşlı bu gəncə kömək edən olacaqmı?
Bir ildir qıcolmadan əziyyət çəkən 21 yaşlı gənc sağalması üçün imkanı olan şəxslərdən kömək istəyir.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı Axar.az-a müraciət edən ailə övladlarının artıq 10 gündür ensefolit (beyin iltihabı) virusundan əziyyət çəkdiyini deyib.
1994-cü il təvəllüdlü Şövqi Kapancızadə bu ilin iyul ayının 30-da qıcolma sindromu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdilib. Xəstə artıq 10 gündür ki, beyin iltihabı virusundan əziyyət çəkir. Xəstəxanaya daxil olduğu andan dərman vasitəsilə, aparata bağlı halda yatızdırılır (əks halda qıcolmalar baş verir).
Xəstənin yerləşdirildiyi xəstəxanada günlük qalmaq xərci 350 manatdır. İlk 7 gün ərzində xəstənin bütün xərcləri 7000 azn təşkil edib və hələ də həm müalicə, həm də xəstəxana xərcləri davam edir. Artıq ailənin imkanı yoxdur. Ancaq xəstənin müalicəsinin hələ uzun müddət davam etməli olduğu bildirilir.
Bu səbəbdən ailə övladlarının sağlamlığına qovuşması üçün imkanı olan şəxslərdən köməklik istəyir.
Kömək etmək istəyənlər 055 839 79 23 (Həbib Baxşıyev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xəstə üçün bank hesabı da açılıb.
QSC "BANK STANDARD"KB "Mərdəkan" filialı
SWIFT : MOSZAZ 22
KOD : 503745
VÖEN : 9900006801
HESAB NÖMRƏSİ : AZ19MOSZ4101094417457956001



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az